Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən yeni müsabiqə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Diaspor > Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən yeni müsabiqə

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən yeni müsabiqə


"Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası - 100"

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə cari il yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.

Bununla əlaqədar, cari ilin may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə "Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Respublikası - 100" adlı möhtəşəm konsert proqramının təşkili, "Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi" adlı özbək dilində kitabın nəşri, Özbəkistan KİV-ləri arasında "Первая Демократическая Республика в Мусульманском мире - Азербайджанская Народная Республика - 100" adlı məqalə müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və s. tədbirlər nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan "Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Respublikası - 100" adlı esse yazı müsabiqəsi olub.

Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.

Müsabiqəyə mayın 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.

Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki "Azərbaycan Xalq Respublikası"na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcək.

Geri dön