Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir qəzvinli türk İranın anti-türk siyasətini belə ifşa edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Bir qəzvinli türk İranın anti-türk siyasətini belə ifşa edib

Bir qəzvinli türk İranın anti-türk siyasətini belə ifşa edib


Ötən günlərdə sosial şəbəkələrdə bir qəzvinli türkün İranın anti-türk siyasətləri haqda danışdığı video yayılıb.

Bir çox azərbaycanlı internet istifadəçinin diqqətini çəkən videoda, İranın Qəzvin Əyalətində tətbiq etdiyi asimilasyon siyasətindən bəhs olunub.

Qəzvinli soydaşımız bildirib ki, “doğma kəndlərinin adı dəyişdirilərək fars sözü ilə əvəz edilib. Onun sözlərinə görə, hökumət rəsmiləri “Qozlar dibi” adının “Şərifiyyə” ilə dəyişdirilməsini onun monqol dilinə aid olması ilə izah ediblər. Halbuki, “Qozlar dibi” təmiz türk sözüdür.

“Farslar “fars körfəzi” sözünə xüsusi həssaslıq göstərir, onu “ərəb körfəzi” adlandırmağı bağışlanmaz günah sayırlar. Lakin türk adlarını çox rahatca dəyişir və bunun qarşılığında türklərin səssiz qalmasını gözləyirlər”- deyə soydaşımız təəccüblənərək bildirib.

Həmin şəxs başqa bir videoda İran rejiminin türklərin arasında nifaq və ixtilaf salmasına toxunub. O bildirib ki, “hökumət elə təbliğat aparır ki, guya qəzvinli türklərlə təbriz və zəncanlı türklər fərqlidir, türkiyəli türklər murdar və kafər, digər ölkələrin türkləri isə monqoldur. Lakin hal-hazırda vəziyyət dəyişib. Qəzvinli türklər türk peyk antenaları və sosial şəbəkələrin sayəsində hökumətin nifaq salmaqdan məqsədini başa düşüb və bu müddətdə necə aldandıqlarını fərq ediblər.”

Qəzvin Güney Azərbaycanın əyalətlərindən biridir. Bu bölgə 1994-cü ilədək (hicri-şəmsi təqvimi ilə 1373-cü il) Zəncan Əyalətinə tabe olub. Ondan sonra hökumət “parçala, höküm sür” məntiqi ilə Qəzvini Zəncan Əyalətindən ayıraraq ilk öncə Tehran Əyalətinə ilhaq edib, 3 il sonra isə ona əyalət statusu verib. Qəzvin Əyaləti İran rejiminin asimilasyon siyasətinin əsas hədəfinə çevrilən əyalətlərdən biridir.

N.S

Geri dön