Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alındı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alındı

Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alındı


Mərkəzi Seçki Komissiyası Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin namizədliyini qeydə alıb.

Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Bundan başqa, iclasda Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin də prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Geri dön