Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək


Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.
İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada “Sevilya” ilə qolsuz heç-heçə edən “Mançester Yunayted” üstünlük əldə edib. Lakin “qırmızı-qaralar”ın heyətində yetərincə itki var. Zədə üzündən Fil Cons, Markos Roxo, Deyli Blind, Ander Errera və Zlatan İbrahimoviç meydana çıxa bilməyəcək. Pol Poqba ilə Antoni Marsyalın durumları isə sual altındadır.
Səfərdə istənilən qollu heç-heçə belə işinə yarayacaq “Sevilya”da 3 oyunçunun zədəsi var. Ancaq Sebastyan Korşya, Daniel Karrisu və Xesus Navas matç saatında meydana çıxacaq vəziyyətdə ola bilərlər.
Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə yenilən “Roma” revanş arzusundadır. Cari mövsümdə “Qarabağ”la eyni qrupda yer alan “canavarlar” yerli publika qarşısında lazımı nəticəni təmin etməyi hədəfləyiblər. Paytaxt klubunun heyətində Luka Pellegrini və Rik Karsdorp zədəlidir. Qrequar Defrelin durumu isə sual altındadır.
“Şaxtyor” düşərgəsində iki itki var. Dario Srna - cəzalı, Maksim Malışev zədəlidir.
Qeyd edək ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları 1/4 finala vəsiqəni təmin ediblər.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:0
23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun - 1:2

Geri dön