Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü

ABŞ-da qırıcı qəzaya uğradı - Pilotlar öldü


Florida ştatında hərbi baza yaxınlığında qəzaya uğrayan “F/A-18 Hornet” qırıcı təyyarəsinin iki ekipaj üzvü ölüb.

Bu barədə CBS News xəbər verib.

Bundan əvvəl katapult edən pilotların xəstəxanaya yerləşdirildiyi bildirilirdi. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, hərbi təyyarə səmada alovlanıb və uçuş-enmə zolağına çatmamış suya düşüb.

Fox News-un məlumatına əsasən, qırıcının qəzaya uğramasına səbəb mühərrikin sıradan çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

***

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus “F/A-18 Hornet” qırıcı təyyarə Florida ştatı sahillərində qəzaya uğrayıb.

Pilotlar katapult edə biliblər. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.

Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir.

Geri dön