Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı fəal Mehdi Kuxiyan 18 ay həbsə məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal Mehdi Kuxiyan 18 ay həbsə məhkum edilib

Azərbaycanlı fəal Mehdi Kuxiyan 18 ay həbsə məhkum edilib


İranda azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan, milli zəmində və sosial şəbəkələrdə apardığı dinc fəaliyyətinə görə 18 ay həbsə məhkum edilib.



Marağa inqilab məhkəmsinin hakimi Mehdi Davərniya, Məlikan (Məlik kəndi) şəhər sakini olan Kuxiyanı, sistemə qarşı təbliğdə və “Teleqram” sosial şəbəkəsində rejimə müxalif qrup və təşkilatlarla əməkdaşlıq edərək onların xeyrinə təbliğat aparmaqda günahlandırıb. Bildirilir ki, Marağa inqilab məhkəməsinin azərbaycanlı fəala qarşı həbs cəzası ilə bağlı hökmü, yerli “Sepah”ın göstərişi ilə çıxarılıb. Fəal, ona qarşı irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.



Xatırladaq ki, Azərbaycan türklərinin milli hüquqlarının tanınması uğrunda dinc mübarizə aparan Mehdi Kuxiyan, 2016-ci il, dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Onun həbsi, idarə etdiyi “Məlikan şəhər xəbəri” Telegram kanalının fəaliyyəti və bununla bağlı bəzi yerli rəsmilər və qurumların şikayəti ilə əlaqələndirilmişdi.



Fəal, qanunsuz həbsinə etiraz əlaməti olaraq, 2016-cı il, dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlasa da, az sonra anasının xahişi ilə aclığı dayandırmışdı.



Məlikanlı fəal, 2017-ci il, fevralın 21-də 300 milyon tümənlik mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.



Qeyd edək ki, Kuxiyan, azərbaycanlıların milli və demokratik haqları uğrunda apardığı fəaliyyətinə görə, bundan əvvəl də bir neçə dəfə həbs edilərək, ETTELAAT əməkdaşlarının təzyiq və təhdidinə məruz qalıb.

Geri dön