Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SƏFƏVİYƏM
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > SƏFƏVİYƏM

SƏFƏVİYƏM


(milli və dini-fəlsəfi şeir)


Dərviş olub bu ellərə düşmüşəm,
Araram həqiqət, araram mən eşq!
Mürşidi-kamil alovunda bişmişəm,
Qurmuşam Şah taxtında ali bir “köşk”...

*** *** ***

Mən Tanrının Arslanıyam,
Şahın Qızıl əsgəriyəm,
Ruhum Sufi ruhudur mənim,
Səfəviyəm, Səfəviyəm!

*** *** ***

Bu ruh ilə yaşaram mən cahanda,
Fikrimdən çıxartmam “Ənəlhəqq” sirrin.
“La-məkan” oluban yeddi cahanda,
Köşkünü araram o Uca Pirin...

*** *** ***

Taram, sazam, qutlu qopuz
Əlimdə var, söylərəm söz.
Tanrı məndən uzaq düşsə,
Bu bağrıma basaram köz!

*** *** ***

Yaşıl bayraq, bəyaz hilal məndədir,
Misri əlimdə, saz çiynimdədir.
Ruhum asimanda, cismim yerdədir,
Səfəvilik eşq təki könlümdədir...



Elşən İsmayıl
Yazar

Geri dön