Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Filarmoniyada dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Bildiriş > Filarmoniyada dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndiriləcək

Filarmoniyada dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndiriləcək


Aprelin 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyi çərçivəsində növbəti tədbir təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak edəcəyi konsertdə dahi bəstəkarın əsərləri səsləndiriləcək.

“Tristessa” adlı konsert proqramını Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertin solisti tanınmış soprano ifaçısı Fəridə Məmmədovadır.

Geri dön