Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN: Ötən gün bağlı qalan 30 cinayətin açılması təmin olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > DİN: Ötən gün bağlı qalan 30 cinayətin açılması təmin olunub

DİN: Ötən gün bağlı qalan 30 cinayətin açılması təmin olunub


Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-ı “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Geri dön