Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizin millət vəkili: İranda milli təhlükəsizlik bəhanəsi ilə türklərin hüquqları tapdalanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Təbrizin millət vəkili: İranda milli təhlükəsizlik bəhanəsi ilə türklərin hüquqları tapdalanır

Təbrizin millət vəkili: İranda milli təhlükəsizlik bəhanəsi ilə türklərin hüquqları tapdalanır


Ötən günlərdə “Fars” xəbər agentliyi bir sıra azərbaycanlı millət vəkillərindən müsahibə alaraq onlara gələcək arzuları haqda suallar ünvanlayıb.



Təbriz, Azərşəhr və Üskünün millət vəkili Əhməd Əlirza Beyginin arzuları ilə bağlı suala verdiyi cavab xüsusi diqqət çəkir.



“İctimai zəmində 1397-ci il (hicri-şəmsi təqvimi ilə) üçün yalnız bir arzum var. O bundan ibarətdir ki, bu il bölgə əhalisinin qövmü və dilinə diqqət yetirmək üçün lazımi şərait yaransın, artıq bu məsələyə təhlükəsizlik məsələsi kimi baxılmasın. Lakin təəssüflər olsun ki, ölkə siyasətini müəyyənləşdirən qüvvələr hər zaman qövmlər və onların dili ilə bağlı məsələləri bir təhlükəsizlik hadisə kimi başa düşüb və ona diqqət yetirməkdən imtina ediblər”- deyə o bildirib.



Bu təhdid hissini toplumun qövmlərdən olan yanlış anlayışı ilə əlaqələndirən millət vəkili qeyd edib ki, “Bu məsələ bizimlə keçmişimizin arasında qopuqluq yaradıb, bunun nəticəsində öz mədəniyyət, ədəbiyyat və incəsənətimizdən uzaq düşmüşük. Bəzi şeylər sinədən-sinəyə, nəsildən-nəsilə ötürülüb, lakin əsas türk mədəniyyəti, ədəbiyyatı və qrammatikasından xəbərsizik.”



Azərbaycanlı millət vəkili mədəniyyəti oksigenə bənzədərək əlavə edib ki, “Bu oksigen bizə çox görülərsə, o zaman hər kəs başqa bir oksigen axtarışına çıxacaq, bu isə təhlükəli bir məsələyə çevrilə bilər”- deyə o vurğulayıb.



Adını çəkdiyimiz millət vəkilindən başqa digər azərbaycanlı deputatlar Məsud Pezeşkiyan, Məhəmməd İsmayıl Səidi, Məsumə Ağapur Əlişahi və Salman Xudadadi arzularını dilə gətirərkən Azərbaycanın milli məsələlərinə heç bir işarə etməyiblər. Bu, millət vəkillərinin əksəriyyətinin kimin tərəfindən seçildiyi və kimə xidmət etməsini göstərməklə yanaşı Azərbaycan əhalisinin millət vəkillərinə deyil, öz gücünə arxalanmasının gərəyini vurğulayır.

Geri dön