Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib (video)

“Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib (video)


Aprelin 13-ü yerli vaxtla saat 16:00-da Təbrizin “Traxtur” futbol komandası Rəştdə “Sepidrud”un qonağı olub.



“Sərdar-i cəngəl” stadionunda keçirilən görüşdə çox sayda soydaşımız tamaşaçı qismində stadiona gedib. Əksəriyyəti Rəştdə yaşayan türklərdən ibarət “Traxtur” tərəfdarları oyun zamanı çoxlu milli şüarlar səsləndirib, “Traxtur”u təşviq edən plakatlar qaldırıblar.



“Traxtur” tərəfdarları “Yaşasın Azərbaycan”, “Sən çağırsan gələrəm mən, Sən yaşa Azərbaycan,...” və s. kimi şüarlar səsləndirərək dəfələrlə stadionu lərzəyə gətiriblər.



Super liqa yarışlarının 28-ci həftəsində keçirilən oyun 1:0 hesabı ilə yerli komandanın xeyirinə sona çatıb. “Sepidrud”a qələbə qazandıran qol oyunun 25-ci dəqiqəsində Məhəmməd Qulami tərəfindən vurulub.









Geri dön