Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident seçkilərində bir neçə məntəqənin nəticələri ləğv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Prezident seçkilərində bir neçə məntəqənin nəticələri ləğv edilib

Prezident seçkilərində bir neçə məntəqənin nəticələri ləğv edilib


Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

O bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. Onun sözlərinə görə, bu məntəqələrdə pozuntu halları aşkarlanıb.

N.Məmmədov qeyd edib ki, bundan başqa, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsinin və 73 saylı Lənkəran Şəhər seçki dairəsinin 10 saylı məntəqəsində komissiyaların tərkibi buraxılıb.

Geri dön