Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Şurası Urmiya gölünün qurudulmasına etinasız deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Avropa Şurası Urmiya gölünün qurudulmasına etinasız deyil

Avropa Şurası Urmiya gölünün qurudulmasına etinasız deyil


Bildiyimiz kimi 7-8 yanvar 2012 –ci il tarixində GAMAC-ın qurultayı zamanı GAMAC başkanı prof. Qulamrza Səbri Təbrizi və GAMAC-ın idarə heyətinin üvləri ilə Avropa Şurası Parlamentinin üzvi Jouni Vauhkonen arasında Urmiya gölünün qurudulması məsələsi ətrafında söhbətlər getmişdir və o bu məsələyə diqqət yetirəcəyini bildirmişdir.
Bu gün Avropa Şurası Parlamentinin üzvi Jouni Vauhkonen ilə professor Qulamrza Səbri Təbrizinin telefon əlaqəsi olmuşdur.Bu barədə davam.az saytına GAMAC başqanı prof.Səbri Təbrizi məlumat verib.O bildirib ki, Danışıqlar zamanı Jouni Vauhkonen bildirmişdir ki, Avropa Şurası Urmiya gölünün qurudulmasına ciddi yanaşır.
Bununla yanaşı AŞPA-nın üzvi qeyd etmişdir ki, bu məsələylə bağlı hər hansı seminar və tədqiqatlara da maraq göstərir. GAMAC başkanı prof. Q.S. Təbrizi öz növbəsində bildirmişdir ki, bu barədə iyulun əvvələrində seminar keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu seminar barədə məlumat veriləcək.

Geri dön