Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parsabadda ustad Şəhriyarın büstünün təxrib edilməsinə qarşı etiraz yığıncağı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Parsabadda ustad Şəhriyarın büstünün təxrib edilməsinə qarşı etiraz yığıncağı keçirilib

Parsabadda ustad Şəhriyarın büstünün təxrib edilməsinə qarşı etiraz yığıncağı keçirilib


Ötən günlərdə Ərdəbil Əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın büstü naməlum şəxs və ya şəxslər tərəfindən təxrib edilib.

Şəkildə göründüyü kimi, “Şəhriyar” meydanında böyük şairin xatirəsinə qoyulmuş büst öz yerindən qaldırılıb. 3 il əvvəl qoyulan büstün kimlər tərəfindən təxrib edildiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı yüzlərlə parsabadlı soydaşımız “Şəhriyar” meydanına toplaşaraq etiraz yığıncağı keçiriblər. Şənbə günü baş tutan aksiyada Azərbaycan şairinin büstünə edilən hörmətsizliyə etiraz edilib, dinc şəkildə keçirilən aksiya polis tərəfindən dağıdılıb.

Yerli mətbuat orqanları bildirir ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

Bu barədə Parsabad prokuroru bildirib ki, “Ustad Şəhriyarın büstü təxrib olunarkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.”

Azərbaycanlı şairin büstü 3 il əvvəl kiçik bir meydana qoyularkən büstü hazırlayan heykəltəraş Ramin Əhmədinin etirazına səbəb olmuşdur. O bildirmişdir ki, büstün quraşdırılmasında heç bir peşəkarlıq hiss olunmur. Bələdiyyə İdarəsi bu işi ilə mənim əsərimi korladı, onu gülünc obyektinə çevirdi. Büst başqa bir yerdə quraşdırılmalı idi.”

Xatırladaq ki, daha çox Şəhriyar təxəllüsü ilə tanınan Məhəmməd Hüseyn Behcət Təbrizi böyük Azərbaycan şairidir. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub, o şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazıb.

Geri dön