Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda aksiyaçılar paytaxtın mərkəzi küçələrini bağlayırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ermənistanda aksiyaçılar paytaxtın mərkəzi küçələrini bağlayırlar

Ermənistanda aksiyaçılar paytaxtın mərkəzi küçələrini bağlayırlar


Yerevanda etiraz aksiyası keçirən mitinqçilər paytaxtın mərkəzi küçələrini bağlayıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, etirazçılar Tumanyan-Abovyan küçələrinin yolayrıcını bağlayıblar. Bundan sonra isə "Respublika" meydanını bağlamağa cəhd göstərərək, "Şimal" prospekti istiqamətində hərəkət ediblər.
Hazırda aksiyaçılar Maştoç və Amiryan küçələrinin yolayrıcını bağlayıblar.
Aksiyaçıların hərəkəti zamanı sürücülərlə mitinqçilər arasında kiçik toqquşmalar olub. Lakin ciddi qarşıdurma baş verməyib. "Vətəndaş razılığı" partiyasının lideri Nikol Paşinyanın sözlərinə görə, onlar bu prosesə nəzarət edə bilmirlər. İnsanlar qeyri-ixtiyari hərəkət edirlər.
Qeyd edək ki, aksiyaçıların hərkətlərini əks etdirən videogörüntülər elektron mətbuata yerləşdirilsə də, sonradan onlardan bəziləri silinib.
Ermənistanda etirazçılar keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər.

***21:40
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz əlaməti olaraq paytaxt Yerevanda aksiya keçirən mitinq iştirakçıları marşal Baqramyan prospektindən "Fransa" meydanına qayıdıblar.
Bu barədə aksiya iştirakçılarına rəhbərlik edən Nikol Paşinyan bildirib.
O, qeyd edib ki, aksiyaçılar parlament binasının yerləşdiyi meydanda gecələmək niyyətindədirlər. Aksiyaçılar həmçinin sabah tətil keçirmək və parlamentin binasını mühasirəyə almaq istəyirlər.
"Kim bu gecə bizimlə qalmaq istəyirsə, onlara minnətdarıq. Sabah bizim vacib işimiz var: - tətil və parlament binasının blokadası", - deyə Paşinyan "Fransa" meydanında keçirilən mitinqdə bildirib.
Paşinyanın rəhbərlik etdiyi aksiyanın iştirakçıları bu gün parlamentin binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman polis onları sıxışdıraraq binadan çıxarıb. Nəticədə onlarla insan xəsarrət alıb.
Mitinqçilər həmçinin marşal Baqramyan prospektindəki düşərgəni "Fransa" meydanına köçürmək istəyir və orada qalmaq istəyirlər.
Sabah parlamentdə Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin müzakirəsi gözlənilir.

Geri dön