Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu psixoloji xəstəliklər barədə məlumatınız VARMI?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Bu psixoloji xəstəliklər barədə məlumatınız VARMI?

Bu psixoloji xəstəliklər barədə məlumatınız VARMI?


Şizofreniya, OKP (sarışan hallar nevrozu) kimi psixoloji xəstəliklərdən hər kəsin xəbəri var. Lakin dünyada yüzlərlə eşitmədiyiniz dəhşətli psixoloji xəstəlik vardır ki, onların varlığına inanmaq mümkün deyil..

«Alisa xariqələr diyarında» sindromu

Lewis Carrolun nağılının adını daşıyan bu sindrom qavramanın pozulması, zaman və məkan, öz bədəninin və ətraf-mühit hissiyatının dəyişməsinə səbəb olur. Bu sindromdan əziyyət çəkən xəstələr real ölçüləri görə bilmir: onlar kiçik əşyaları böyük, böyük əşyaları isə kiçik kimi dəyərləndirir. Bəzi hallarda bu sindromun yaranması miqren xəstəliyi ilə əlaqəli olur. Lewis Carrolda olduğu kimi.
Abulomaniya (kompulsiv qərarsızlıq)

Bu xəstəlikdən əziyyət çəkən insanlar fiziki və psixoloji olaraq sağlam görünür.. qərar vermək məcburiyyətində qalana qədər. Kiçik seçimlər qarşısında qalmaq belə onlar üçün işgəncədir.
Kotar sindromu

Bu sindromdan əziyyət çəkənlər daxili orqanlarının çürüdüyünü düşünür və özlərini cəsəd kimi hiss edir.
Van Qoq Sindromu

Bu sinroma tutulmuş insan israrla hər hansı əməliyyat keçirməyə can atır, və ya öz-özünü əməliyyat edirlər.
Stendal Sindromu

Bu sindromdan əziyyət çəkən insanlarda sərgilərdə, muzeylərdə, bir sözlə təsviri incəsənətlə rastlaşdıqda panika, baş dönməsi, qarabasma müşahidə olunur. İnsan rəssamlıq əsərində təsvir olunmuş məkana düşür və reallıqdan qopur.
Erotomaniya

Bu sindromdan əziyyət çəkənlər isə hər hansı məşhurun onlara aşiq olduğunu düşünür. Onlar məşhurun onlara diqqət göstərdiyinə, onlara media vasitəsilə gizli mesajlar göndərdiyini və telepatiya yolu ilə ünsiyyət qurduğunu iddia edir.
Autofagiya

Ən qorxunc sindromdur desək, yanılmarıq. Belə ki, bu xəstəliyin ilkin mərhələsində xəstə dırnaqlarını yeyir. Daha sonra bununla yetinmir, barmaqlarını və əllərini yeməyə başlayır.

Geri dön