Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəşər Əsəd İrana təşəkkür etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bəşər Əsəd İrana təşəkkür etdi

Bəşər Əsəd İrana təşəkkür etdi


Dünən Suriya prezidenti Bəşər Əsəd İranın dövlət televiziyasına müsahibə verib.Müsahibə zamanı Bəşər Əsəd Suriyadakı vəziyyət və xarici ölkələrin buna münasibəti haqda ətraflı danışıb. Bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Əsəd “Əl Qaidə”nin Suriya hadisələrində iştirak etdiyini və terroristləri məhv etməyin Suriya hökumətinin borcu olduğunu bildirib. Bəşər Əsədin dediyinə görə, ABŞ (Amerika Birləşmiş Ştatları) onun xoşlamadığı ölkələrə hücum etdikdə “Əl Qaidə”yə mane olmur.

Prezinent indiyə kimi Suriyaya qarşı qoyulan sanksiyaların (təhrim), beynəlxalq təzyiqin ölkəyə heç bir təsirinin olmadığını əlavə edib.

Əsəd Suriyanın yanında olduğu üçün İrana təşəkkür edib və bunun qarşılığında onlara sadiq olacağına söz verib.

Geri dön