Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Axtarışda olan 29 nəfər saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Axtarışda olan 29 nəfər saxlanılıb

Axtarışda olan 29 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 98 cinayət faktından 23-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Geri dön