Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Saakaşvili Gürcüstana qayıdacağı tarixi AÇIQLAYACAQ – yeni planları VAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Saakaşvili Gürcüstana qayıdacağı tarixi AÇIQLAYACAQ – yeni planları VAR

Saakaşvili Gürcüstana qayıdacağı tarixi AÇIQLAYACAQ – yeni planları VAR


Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilidən uzun müddətdir ki, xəbər yoxdur.

Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov Saakaşvilinin Ukraynadakı addımlarının uğursuz olduğunu qəbul etmir.

Azər Süleymanov açıqlamasında deyib ki, Saakaşvili Ukraynanı heç də qarışdırmadı.

“Sadəcə Ukraynanı ağ günə çıxartmaq istəyirdi, amma alınmadı. Ukraynada olduğu müddətdə belə Gürcüstanı bir an olsun yaddan çıxarmadı.

Gürcüstan xalqı da onu unutmayıb. Baş verənlərə baxmayaraq Gürcüstanda hələ də Saakaşvili havası əsir. Gürcüstanın həm kəndində, həm də şəhərində Saakaşvili tərəfdarlarının sayı günü-gündən artmağa başlayır. İndiki Gürcüstan 1990-cı illər Gürcüstanına çevrilib. İnsanlar narahatdırlar. Gürcüstanı narkotik alverçiləri bürüyüb, insanlar səfalət içində yaşayır. Düzdür, ildə ölkəyə 7 milyona yaxın turist gəlir. Buna baxmayaraq insanlar ölkəni tərk edir”.
“Saakaşvili Gürcüstana qayıtmaq barədə düşünürmü” sualına deputat belə cavab verib.

“Gün gələcək, Saakaşvili Gürcüstana qayıdacağı tarixi açıqlayacaq. O zaman onu qarşılamağa gedən insanlar indidən növbəyə düzülüb.

Hazırda ailəsi ilə birgə Hollandiyada yaşayır. Hər şey normaldır. Saakaşvili yeni planlar üzərində işləyir. Gürcüstana geri dönmək onun əsas həyat amalıdır”.

Geri dön