Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Elmlər Akademiyası Əmlak Komitəsi ilə birgə torpaq idarəçiliyinə dair müsabiqə elan edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan Milli Elmlər Akademiyası Əmlak Komitəsi ilə birgə torpaq idarəçiliyinə dair müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Əmlak Komitəsi ilə birgə torpaq idarəçiliyinə dair müsabiqə elan edir


Azərbaycan Milli Elmlər Akademiyası və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Torpaq idarəçiliyi, torpaq tədqiqatı və kadastr sahəsində müasir yanaşmalar: Yeni ideyalar və onların praktiki tətbiqi məsələləri” mövzusunda gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi-tədqiqat işləri üçün müsabiqə elan edir.

ƏMDK-dan bildirilib ki, məqalələr və layihələr 2018-ci il sentyabrın 1-dək qəbul edilir. Müsabiqədə gənc alimlər, doktorantlar, magistrantlar və tələbələr iştirak edə bilərlər. Müsabiqə komissiyasının qərarı ilə müsabiqənin nəticələrindən asılı olaraq, ən yaxşı 3 işin müəllifinə diplom və pul mükafatları təqdim ediləcək: I yer – 500 manat; II yer – 300 manat; III yer – 200 manat.

Məqalələr 5-6 səhifə həcmində elektron və çap olunmuş formada AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna təqdim olunur (ünvan: Az 1143, Bakı, Hüseyn Cavid prospekti, 115, elektron poçt: zakir_eminov@mail.ru, tel: (050) 590 43 88).

Geri dön