Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İdman > Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb


Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən sədr, sədr müavini və 26 üzvdən ibarət Təşkilat Komitəsi Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov sədr müavini təyin edilib.

Avropa Gənclər Olimpiya Festivalı gələn il iyulun 20-28-də keçiriləcək.

Geri dön