Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranda həbs edilən yüzlərlə dərvişin məhkəməsi başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranda həbs edilən yüzlərlə dərvişin məhkəməsi başlanılıb

Tehranda həbs edilən yüzlərlə dərvişin məhkəməsi başlanılıb


İki ay yarım əvvəl İranda həbs edilən yüzlərlə dərvişin məhkəməsinə başlanılıb. Bu barədə Tehran inqilab məhkəmələrinin sədri axund Musa Qəzənfərabadi mayın 14-də jurnalistlərə açıqlamasında xəbər verib.

Axund bildirib ki, ilkin mərhələdə Tehran inqilab məhkəməsində ən azı 70 dərvişin mühakiməsinə başlanılıb: “Həbs edilən Qonabad dərvişlərindən 70-dən çoxunun işi (dosyesi) inqilab məhkəməsinə gəlib və onlara baxacaq şöbələr də artıq müəyyənləşdirilib. Lazım olsa, bu şöbələrin sayı gələcəkdə artırıla da bilər. Lakin hazırda yalnız iki şöbə bu iş üçün ayrılıb. Mühakiməsi keçirilən dərvişlər arasında qadınlar da var”.

Həbs edilən dərvişlərin, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz toplantılara qatılmaqda, polisin əmrinə tabe olmamaqda və ictimai asayişi pozmaqda günahlandırıldığı bildirilir.

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilib.

Geri dön