Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqton ştatının Sietl şəhərində Azərbaycan Günü elan edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Vaşinqton ştatının Sietl şəhərində Azərbaycan Günü elan edilib

Vaşinqton ştatının Sietl şəhərində Azərbaycan Günü elan edilib


ABŞ-ın Vaşinqton ştatının ən böyük yaşayış məntəqəsi olan Sietl şəhərinin meri Cenni Durkan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Bəyannamədə Azərbaycanın 1918-ci ilin mayın 28-də öz müstəqilliyini elan etdiyi və 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu bildirilir.

Eyni zamanda, Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublika olduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyi dövründə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə və dünyada ABŞ-dan da öncə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Qeyd olunur ki, Sietl şəhərində və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirlər. Sietl şəhəri Azərbaycan xalqının azadlıq və demokratiya uğrunda apardığı mübarizəni qeyd etməyə çağırır və ən xoş arzularını bildirir.

Sietl şəhərinin administrasiyasi burada yaşayan Azərbaycan icmasını dəyərləndirdiyini və Azərbaycanın irsi və tarixinin qeyd olunmasını dəstəklədiyini vurğulayır.

Qeyd etmək istərdik ki, bəyannamə Sietl şəhərinin meri tərəfindən orada yaşayan Azərbaycan icması və Vaşinqton Universitetinin azərbaycanlı tələbələrinin dəstəyi nəticəsində təqdim olunub.

Geri dön