Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın və Qazaxıstanın universitetləri arasında anlaşma memorandumu imzalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Azərbaycanın və Qazaxıstanın universitetləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın və Qazaxıstanın universitetləri arasında anlaşma memorandumu imzalanıb


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nümayəndələri ilə görüşüb.

ADPU-dan bildirilib ki, rektor Cəfər Cəfərov qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib.

Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin tarixindən və bugünkü fəaliyyətindən söz açıb. Eyni zamanda, universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Tarixi Mərkəzinin fəaliyyətindən danışıb.

Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb və xatirə şəkli çəkdirilib.

Geri dön