Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin çox izlənilən “Savaşcı” serialında “Traxtur”un adı çəkilib / Qoşaçaylı boksçu “Traxtur” bayrağı ilə Türkiyədəki yarışa qatıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Türkiyənin çox izlənilən “Savaşcı” serialında “Traxtur”un adı çəkilib / Qoşaçaylı boksçu “Traxtur” bayrağı ilə Türkiyədəki yarışa qatıldı

Türkiyənin çox izlənilən “Savaşcı” serialında “Traxtur”un adı çəkilib / Qoşaçaylı boksçu “Traxtur” bayrağı ilə Türkiyədəki yarışa qatıldı


Təbrizin “Traxtur” futbol komandası sərhədləri aşaraq bütün türk dünyasında tərəfdarlar qazanmaqdadır.



Məlumata görə, Türkiyənin FOX Telekanalında yayımlanan “Savaşcı” serialında “Traxtur”un adı çəkilib, məşhur aktyor Sarp Levendoğlu canlandırdığı obrazda Azərbaycanın “Traxtur” komandasının tərəfdarı olduğunu bildirib.



O “siz hansı futbol komandasının tərəfdarısınız?” sualına “mənim sevdiyim futbol komandası Türkiyədə deyil, mən “Traxtur” tərəfdarıyam” sözü ilə cavab verib.


Serialın 44-cü bölümü mayın 13-ü, gecə saatlarında FOX Telekanalında yayımlanıb.




Qoşaçaylı boksçu Əhəd Qurbani isə Türkiyədə keçirilən MMA (Mixed Martial Arts) yarışlarında rinqə “Traxtur” bayrağı ilə çıxıb.



Onun bu hərəkəti MMA yarışlarının ən güclü boksçularından biri kimi azərbaycanlılarla yanaşı türkiyəli soydaşlarımız tərəfindən də alqışlanıb.



Əhəd Qəhrəmani bir neçə dəfə Beynəlxalq MMA Yarışları və Tayland Muay tay Beynəlxalq Təşkilatının peşəkar boks yarışlarının çempionu olub.



Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi inanır ki, azərbaycanlı idmançıların “Traxtur” bayrağı ilə yarışlara qatılması Azərbaycanın milli mənafeyinə uyğun olan bir hərəkətdir.

Geri dön