Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərəndin 6 min illik qalası məhv olmaq üzrədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mərəndin 6 min illik qalası məhv olmaq üzrədir

Mərəndin 6 min illik qalası məhv olmaq üzrədir


Güney Azərbaycanın Mərənd şəhərində 6 min illik qala məhv olaraq sıradan çıxmaq üzrədir.



Arxeoloqların dediyinə görə, digər adı Mandaqarana olan qala, qədim tarixi Mərəndin qalıqlarından sayılır, bu qalanın təxminən 6 min illik tarixi var və eradan əvvəl 4-cü minillikdə tikilib.



Ötən illərdə İranın Mədəni İrs Təşkilatı ölkənin milli siyahısına daxil etmək bəhanəsi ilə bu tarixi qalaya əl qoydu, onun bir turist mərkəzinə çevriləcəyi haqda məlumat yayıldı.



Mayın 14-də internetdə yayılan bir videoda görünür ki, tarixi qalada heç bir dəyişiklik yoxdur, orada başladılan inşaat işləri isə yarımçıq buraxılıb.

Mərənd qalası geniş bir təpə üzərində yerləşir. Bu qala məntəqənin turist mərkəzlərindən birinə çevrilmək imkanına malik olduğu halda, indi orada mal-qara otarılır. Bütün bunlar İran rejiminin bölgənin tarixi və əhalinin iqtisadi durumuna laqeyd münasibətindən xəbər verir.


Geri dön