Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Elçibəyə xəyanət edib? nəqədər ucuz və bəsit ittiham.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Fərəc Quliyev, DAVAMın yazıları > Fərəc Quliyev Elçibəyə xəyanət edib? nəqədər ucuz və bəsit ittiham.

Fərəc Quliyev Elçibəyə xəyanət edib? nəqədər ucuz və bəsit ittiham.


Görəsən bu xüsusi idarə rəyisi bu sözləri Elçibəyin sağlığı zamanında niyə söyləmirdi, niyəsi yəqin bəllidi, çünki elə bir cavab ala bilərdi ki ömürünün axrina qədər bəs edərdi ona. Mən həbsxana həyatından yazmağı, danişmağı xoşlamıram, amma çox qəribə bir tendensiya yaranıb ki, bu gün əldə bayrağa çeviriblər həbsxananı, şou yaratmaqla məşğuldular.
90-cı ilin əvvələrində 4 iyundan sonra həbslərin illəridə çox idi və çox ağır şərait altında məhbəs həyatı yaşamağa məcbur idik. Məhkumluq həytı azı 8 - 15 illərlə ölçülürdü, 1 və ya 2 il, bizim üçün toy bayram sayılardı. Mənə maraqlı gələn budur ki, sən necə yaza bilirsən belə cəfəngiyyatı, sən necə canilərə bəraət verə bilirsən? Əbülfəz bəyə xəyanət edənlər, hakimiyyətə silah çəkib hakimiyyəti devirənlər, parlament tribunasından sanksiya verən ömərovlara, silahla müstəqilliyimizə basqın edən sürətlərə necə bəraət verə bilərsiniz? Elçibəyin ətrafında ayağının altında həşarat kimi sürünənlər, atalar misali “it qaya məsələsini” unutmayın. Sizin kimliyinizin isbatna ehtiyac yoxdur. Rəhmətlik Bəyin bir misalını unuda bilmirəm gülə-gülə deyirdi: “birinin evi yanır, hamı yığılıb o evi söndürür amma ev yiyəsi dayanıb şirin-şirin gülür, deyirlər a kişi sən niyə gülürsən? Sənin evin yanir axi. Deyir ev yanır amma içindəki tarakanlarda yanır.” Yəqin anladın məni, Biz həbsxanalarda , Bəy Kələkidə olarkən təşkilata rəhbərlik edənlər hakimiyyətlə mandat bazarlığı edib, bir iki mandata AXC-ni hərraca çıxaranlar!, yazıqlar olsun sizə, indi bədəlini ödəyirsiniz. Sizin xəyanətlərinizə allah dözmədi.- O, KİŞİNİ ALIB APARDİ...
Mən ilk həbs edilənlərdən biriyəm, bəlkə də birincilərindən biriyəm. Həbs olunduğum il 1993. gün 09 oktyabır. AXC xususi idarəsi rəyisi adı ilə içtimaiyyətə “özünün xüsusi bir kim olmasını sırımağa çalişan adam” həbsxana yoldaşaları adından danişmaq sənlik deyil. Mən AXC Nəsimi rayon İdarə Heyyətinin üzvü, Tətil Komitəsinin üzvü, AXC mühafizə sədrinin müavini, AXC sədrinin Az. Dəmir yolunda səlahiyyətli nümayəndəsi, Az. dəmir yol idarəsi rəisinin müavini vəzifələrində çalışmışam. Düzü, Fərəc Quliyevi o, zamanlar az tanıyırdım, yol yoldaşı olmamışdıq. Yeri gəlmişkən çox hörmət etdiyim adı çəkilən “Borman” mənim kamera yoldaşım, “Ağ ayı” isə kaloniya yoldaşım olub. Yəni, zonda bir yerdə olmuşuq. 1996 ci ilin payızında Fərəc bəyi 6-ci kalona gətirdilər.O. uzun müddət kamera həyatı yaşamışdı, çox zəyifləmişdi, çox əzablı olduğu hiss edilirdi, amma, özünü gümrah gostərməyə çalışırdı. Onun həkimlərə ehtiyacı vardı, amma, tibbi hissəyə bəyi buraxmirdilar, deyirdilər rəyis icazə vermir. Mən rəyisin yaninda oldum. Xahiş etdim ki, bəyi tibb hissəsinə köçürsünlər. Mənə cavab belə oldu:- olmaz! Fərəc siradan bir adam deyil, nezaretdedir, men qorxuram, yuxarının tapşırığıdı. Dedim:-xəstəyə də nəzarət? Çiynlərini çəkdi:- belədi -dedi. Fərəc bəy bir neçə müddətdən sonra özünə gəldi.
4 iyun hadisələri bizim gündəlik mövzularımız idi. Əbülfəz bəyin şəkilləri həmişə başımızın üzərində asılırdı. Nəvayi hadisələri incəliklərinə qədər müzakirə olunurdu. Vaxtımız çox idi, ona görə hər şeyi detallarına qədər araşdırıdıq və bir çox adamların hərəkətlərini görürdük, nə “ağ ayı”nın, nə də, bir başqasının dilindən kiminsə xəyanət etdiyini eşitmədik. Bu gün, bir-birinə ağuş açan adamların, o, zaman bir-birinə necə düşmən olduğunu görürdük. Yadıma bir hadisə düşdü: “Şəhrüyyə adli bir dostumuz həbsxananın həyətində gəzişərkən, yəni “tasovka edərkən” o, xəyala dalib deyirdi “eybi yoxdu burdan çıxarıq, bizi dostlarımız qəhrəman kimi qarşilarlar, tarix bizim qiymətimizi verər”. Fərəc bəylə mən baxışdıq, bir-birimizi anladıq və mən dostumuza dedim: -qardaş, çox xəyala dalma, tarix qiymət verəcək, amma, dostlarından sən bunu gözləmə. Biz onlara hələ gələcəkdə subut etməliyik: -kim-kimimiş, onlara biz həbsxanalarda lazımıq ki, qərblə, okeyanin o tayı ilə, cənubla, nəbilim daha kimlərlə, bazarliq edə bilsinlər, qrantlardan ala bilsinlər. Proqnoz sonralar düz çıxdı .bir neçə vaxtdan sonra Fərəc bəyi birdən “etap etdilər”. Həsən Toku məsələsi atıldı ortaya. Yenidən kamera, yeniden varanoklar, etaplar başadi. Bunlar necə əzablı olduğunu məhkum olmuşlar bilir. Uzun müddətdən sonra, səhv etmirəmsə, 3 il yenidən işinə əlavə edərək qaytardılar 6-ci kalona. Bu dəfə daha ciddi nəzarətlə. yatmağa ümumi barakda yer tapa bildik həmin zamanlarda biz “xlebnik” idik bu təyziqlərə baxmayaraq Bəy çox qürurlu görünürdü və heç bir əziyyətini biruzə vermirdi, siyasətlə elə orda yenə məşqul idik. Yadimdadı Fərəc bəyin əmisi oğlu rəhmətə getmişdi, elə həmən zaman qardaşımız, əqidə yopldaşımız Şahmərdan bəy həbsxananın xəstəxanasında dünyasını dəyişmişdi, biz həbsxanada yas mərasimi təşkil etmək qərarına gəldik. Hebsxana məsçidində yas mərasimi etmək üçün ehsan ləvazimatları evlərimizdən gətirmişdilər, mərasimə az qalmış həbsxana rəhbərliyi bu işin məsləhətli olmadığı xəbərini verdi, biz israr etdik. Məni və Fərəc bəyi görüş otağına çağırdılar. Biz birlikdə getdik, məni görüşə buraxdılar amma ona, “səni rəyis cağırır” dedilər və onu apardilar. Mən görüşə girmədən uşaqların yanına döndüm, bu xəbəri eşiden kimi “ağ ayi” Faiq bəy və Həkimeldostu birlikdə növbətçi otağına gəldik. Bu zaman Fərəc bəyi varanoka - yəni hebsxana maşınına salib apardiqlarını gördük, heç paltarlarını belə verməyə imkan vermədilər, ailəsi və balaları görüş otağında saatlarla oturub gözləməkdə davam edirdilər. Nəhayət, mənə icazə verdilər ki, mən onlara məlumat verim ki, “Fərəc bəyi apardilar”. Uzun müddət ailəsindən məlumatsız saxladılar, heç kim bilmədi o, haradadı?, sonra yenə bir necə il işinə əlavə edib göndərdilər kalona. Bu çətinliklərə baxmayaraq o, sınmadı mübarizəsini apardı, kitablar yazdı, yeni düşüncə yartdı, mübarizənin yeni yollarını aradıq, yeni baxışlar sistemi yartdıq.
Ağalar, siz o bostana daş atmırsız, siz sadecə qorxursuz, qorxaqlara xas olur belə şeylər. Sizin Fərəc bəylə probleminiz yoxdu, sizin probleminiz Elçibəy yolunun davam etməsidir və bunlar da “ağalarınızın” göstərişidir.
ÖNDƏRİMİZİN ÖLÜMÜ SARSITDI BİZİ. Fərəc bəy o zaman çox sarsıldı. Bəyin ölümünə çox üzülürdü, saqqalını belə qırxmırdı. Hakimiyyət, saqqalın da yəqin bir mənası olduğunu düşünərək ona basqılar edib saqqalını qırxmağı tələb edirdilər və açıq xəbərdarlıq edirdilər, saqqalı qırxmasan seni yenidən daha ağır məhbəs həyatı gözləyir.! Görəndə bu təyziqlər nəticə vermir, Fərəc bəyə yeni bir iş açdılar. Yenidən məhkəmə başladı. Motiv: daxili rejim qaydalarına tabe olmamaq, qanunları dəfələrlə kobud şəkildə pozmaq, adı ilə 3 il qapalı həbsə məhkum etdilər və qobustan qapali həbsxanasına göndərdilər. Qobustanda belə tək adamlıq kamerada saxladılar. Bu, bütün beynəlxalq hüquq və azadlıqlara zidd olaraq 3 il tək adamlıq kamera həyatı yaşamaq sizə yəqin nələrisə deməlidir ?? Orda da yeni düşüncələr haqda “missiya” kitabini, “yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitablarını ortaya qoydu və bu gündə siralarımızda Elçibəy yolunun yoçusudur, həbsxanani əlində bəziləri kimi bayraq etmir, soruşanda da həbsxana həyatımla fəxr edirəm deyir.
Arada Fərəc bəy haqqında elə həbsdən yenicə azad olunan zaman dırnaq arası dostların bir şayəsi yadıma düşdü. Dedilər Fərəc yaxşı oğlandı, amma, sındırdılar onu, həbsdən çıxan kimi Heydər Əliyevin məzarını ziyarət etdi.!!! Baxın nə qədər gülməli və cılız insanlar.... Dünyasını dəyişən bir şəxsi ziyarət etmək bir müsəlmana xas olan əxlaqa bağlı hərəktdi, əxlaqı bütöv olanlar bunu bilər. Heydər Əliyev də liderimiz Elçibəyin tabutu qarşısında baş əyib təzim etmişdi, əsil kişilik nümunəsi budur. Amma Fərəc bəylə bağlı yalanda heç olmasa bir fakta nəzər salmağınız yaxşi olardi ki, yalanınız belə üzə çıxmasın. Fərəc bəy həbsdən çıxanda Heydər Əliyev sağ idi və o, özü Fərəc Quliyevin azadlığa çıxması haqda sərəncamı vermişdi
BELƏ YERDƏ DEYİRLƏR: - AĞILLI OLUN AĞALAR...
Bayram Abbasov

Geri dön