Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tamaşada baş rolu uşaq hüquqları oynayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > Tamaşada baş rolu uşaq hüquqları oynayır

Tamaşada baş rolu uşaq hüquqları oynayır


Bakıda yerləşən bir sıra orta məktəblərdə uşaq hüzuqlarının öyrənilməsinə həsr olunmuş silsilə təlimlər keçirilib. Cəmiyyətin inkişafına müxtəlif mədəniyyət layihələrilə xidmət etmək məqsədi güdən “Mədəniyyət və Zaman” Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutan təlimlərdə əsasən yuxarı sinif şagirdləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə gerçəkləşən layihənin əsas mahiyyəti məktəblilərin uşaq hüquqları ilə bağlı bilməli olduqları, amma bilmədikləri və ya az bələd olduqları məsələləri aşkara çıxarmaq üçün onlara yardım etməkdir.
Layihə çərçivəsində məktəblilərin uşaq hüquqları ilə bağlı nəzəri və praktiki biliklərinin artırılmasına, insan hüquqları mədəniyyətinin yüksəldilməsinə yönəlmiş təlimlərlə yanaşı Forum tamaşalar hazırlanıb. Burada uşaqlar yaşamaq, inkişaf etmək, müdafiə və inkişaf hüquqları ilə bağlı yaşadıqları cəmiyyətdə üzləşdikləri problemləri canlandıraraq birlikdə müzakirə ediblər.
Yeni Günəşli qəsəbəsində yerləşən 285 saylı orta məktəbdə start götürən təlimlər daha sonra 146, 318 və 141 saylı orta ümumtəhsil məktəblərində də keçirilib. Təlimləri İctimai Birliyin bədii rəhbəri, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltan və teatrının aktyorları gerçəkləşdibirlər. Məktəblilərin toxunduqları yaşıdlarının təhsil, istirahət, sağlamlıq, iştirak hüquqlarının, vicdan və öz fikrini səbəst ifadə etmək azadlıqlarının pozulması, istismarın, erkən nikahın, insan alverinin qurbanı olması ilə bağlı problemlər ekspertlərin iştirakı ilə müzakirə olunub və onlara gərəkli tövsiyələr verilib.
İctimai Birliyin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan bildirib ki, yeni texnologiyaların, internetin, sosial medianın inkişafı insan münasibətlərinə, gənc nəslə aşılanan dəyərlərə də ciddi təsir edir. Belə bir zamanda uşaqların öz hüquqlarını yaxşı bilməsi, öz haqlarını müdafiə etmək bacarığına malik olması zəruridir və belə layihələrin dəstəklənməsi cəmiyyətin inkişafına öz töfhəsini verir.

Geri dön