Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Kitab evi > “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub

“Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub


"Qanun" nəşriyyatında tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun müəllifi olduğu "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası" kitabı çap olunub.

1920-1991-ci illəri əhatə edən araşdırmaların əks olunduğu kitabda Azərbaycanda mövcud olmuş gizli təşkilatlar, dissidentlər, "samizdat"lar haqqında arxiv materialları öz əksini tapıb, maraqlı məlumatlar verilib.

Müəllif kitabda bəzi arxiv sənədləri və materialları əldə etmək üçün bir sıra ölkələrdə yaşayan insanlarla görüşüb. Kitabda Türkiyə, Rusiya, Almaniya, Polşa, Fransa, Qazaxıstan və ABŞ - dan əldə olunan sənədlər öz əksini tapıb.

"Azərbaycan Milli azadlıq Hərəkatı Ensiklopediyası" kitabında tarixi romanlar müəllifi, yazıçı - publisist Yunus Oğuzun şəxsi arxivindən yer alan Azərbaycanla bağlı bəzi sənədlərdən də istifadə olunub və onun haqqında ayrıca bölmə verilib.

Geri dön