Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat edib

Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat edib


Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib.



Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illər Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.



Ə. Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib. Komitə Ə. Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir, yaxınlarına səbr diləyir.

Geri dön