Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” klubu oyunçu transferi haqda bəyanat yaydı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” klubu oyunçu transferi haqda bəyanat yaydı

“Traxtur” klubu oyunçu transferi haqda bəyanat yaydı


Təbrizin “Traxtur” futbol klubu komandanın oyunçu transferi ilə bağlı klubun rəsmi mətbuat orqanları tərəfindən xəbər yayılacağını diqqətə çatdıraraq komanda tərəfdarlarını şayiələrə inanmamağa çağırıb.

Klub bu barədə bəyanat yayaraq son vaxtlar oyunçu transferi ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan əsassız xəbərləri təkzib edib.

““Traxtur” klubu elan edir ki, klubun mətbuat orqanı rəsmi sayt, həmçinin kluba aid Teleqram kanalı və İnstaqram səhifəsidir. Digər kütləvi informasiya vasitələrində oyunçu transferi ilə bağlı yayılan məlumatlar doğru deyil, klub bu xəbərləri təkzib edir.

Klub bütün kütləvi informasiya vasitələrindən xahiş edir ki, oyunçi transferi ilə əlaqədar xəbərləri klubun rəsmi saytından öyrənsinlər və bu barədə yanlış məlumatlar dərc etməsinlər”- deyə bəyanatda qeyd olunub.

Bəyanatın sonunda komanda tərəfdarları və mətbuat orqanlarının nümayəndələrinə klubun xəbərləri ilə maraqlandıqları üçün təşəkkür edilib.

Geri dön