Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Banklar Assosiasiyasında pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan Banklar Assosiasiyasında pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Banklar Assosiasiyasında pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb


Azərbaycan Banklar Assosiasiyasında (ABA) pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb.

ABA-dan bildiriblər ki, Assosiasiyanın Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu üzvlərinin müraciəti ilə Mərkəzi Bankın bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüş keçirilib. Görüşdə suallar əsasən not hərracları, repo əməliyyatları, banklararası bazarın inkişaf etdirilməsi, notların buraxılış müddəti məsələləri ilə bağlı olub.

Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Geri dön