Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan qazını Avropaya nəql edəcək əsas marşrut 2013-cü ilin mayında seçiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan qazını Avropaya nəql edəcək əsas marşrut 2013-cü ilin mayında seçiləcək

Azərbaycan qazını Avropaya nəql edəcək əsas marşrut 2013-cü ilin mayında seçiləcək


“Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli üçün əsas qaz marşrutunun seçimi 2013-cü ilin may ayında başa çatacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” konsorsiumunun qərarı ilə SEEP layihəsindən imtina olunub: “İndi biz yalnız TAP və “Nabucco West” arasında seçim etməyə konsentrasiya olmuşuq”.

R.Abdullayev deyib ki, seçimdən sonra “Şahdəniz” konsorsiumu seçdiyi marşrutdan pay da alacaq. O, alınması planlaşdırılan payın həcmini açıqlamayıb: “Bu pay boru kəmərinin idarə edilməsi üçün yetərli qədər olacaq”.

Geri dön