Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sulduzda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Sulduzda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib (video)

Sulduzda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib (video)


Sulduz şəhərinin Vilayət stadionunda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib.



İyunun 9-da Sulduz üzrə keçirilən Rəməzan kubokunda bu şəhərin “Fəcr” komandası ilə kürdləri təmsil edən “Milan” komandası qarşılaşıb, soydaşlarımız yarış zamanı gur səslə “Azərbaycan, Azərbaycan” və “Yaşasın Azərbaycan” şüarları səsləndiriblər.



Azərbaycanlılar tərəfindən milli şüarlar səsləndirildikdən sonra bəzi kürd tamaşaçıları sulduzlu soydaşlarımıza hücum edib, onları nalayiq küçə söyuşləri ilə söyüblər.



Hadisənin şahidlərindən biri bu barədə GünAz TV-yə məlumat verib: “Kürdlər bizim tərəfə bir çox əşya, o cümlədən butulka və hətta daş atdılar, onlar türklər və Azərbaycanın ünvanına təhqiramiz söyüşlər səsləndirdilər.”



Məlumata görə, hadisə zamanı stadionda olan təhlükəsizlik qüvvələri kürdləri yaxalamaq yerinə türklərə təzyiq göstərib.



VİDEO:


Geri dön