Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlham Əliyev ermənilər üçün ölüm kabusu olan Polonezləri göstərdi (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > İlham Əliyev ermənilər üçün ölüm kabusu olan Polonezləri göstərdi (video)

İlham Əliyev ermənilər üçün ölüm kabusu olan Polonezləri göstərdi (video)


Rusiyanın Ermənistana ötürdüyü “İsgəndərlərə” müqabil olaraq Azərbaycanın Belarus istehsalı olan “Polonez”RYAS alaması ilə bağlı mətbuatda xeyli vaxtdır məlumatlar yayılırdı.

Bu gün İlham Əliyev raketlərlə bağlı hərbi hissənin açılışını edib və Polonez silahını nümayiş etdirib.

Bəs, görəsən “Polonez”in nə dərəcədə güclüdür, o Rusiyanın “İsgəndərlərinə” müqabildirmi?

Q.V.Plexanov adına Rusiya İqtisadi Uuniversitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyir ki,

- Mən onu taktiki-texniki xarakteristikası və effektivliyinə görə Rusiyanın RYAS-lərinə, o cümlədən “Smerç”, “Qrad” və hətta ən müasir “Tornado” RYAS-dən geri qalmayan güclü müasir reaktiv yaylım atəşi sistemi kimi qiymətləndirirəm. Sonuncular sələflərininin analoqu əsasında hazırlansa da, QLONASS naviqasiya cihazları və atəşin idarə olunması üzrə yeni kompüter sistemi ilə təchiz olunub. Belarus RYAS-nin raketləri həmçinin inyersial və peyk naviqasiya sistemi əsasında tuşlama sisteminə malikdir.

Bir sözlə, bu texnikadan real müharibə şəraitində müasir texnologiyalar və informasiya-telekommunikasiya infrastrukturuna, həmçinin bu sahənin yüksək təcrübəli hərbi mütəxəssislərinə malik olan dövlət istifadə edə bilər. Bir məqama da diqqət çəkmək istəyirəm; RYAS-dən bir silah olaraq, daha çox hücum əməliyyatları zamanı istifadə olunur.

- “Polonez” sistemini “İsgəndərlərlə” necə müqayisə etmək olar?

- Mənə aydın deyil, axı bu iki sistemi bir-biri ilə necə tutuşdurmaq olar. Polonez reaktiv yaylım atəşi sistemidir, “İsgəndər” isə əməliyyat-taktiki raket kompleksidir. Bütün RYAS-lərin başlıca təyinatı bunlardan ibarətdir.

– cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv etmək;

– artilleriya və minaatan batareyaların məhv edilməsi və susdurulması;

– düşmənin istehkamlarını, dayaq məntəqələrini və müqavimət mövqelərini məhv etmək;

“İsgəndər”in əsas təyinatı isə - düşmənin HHM və RHM sistemlərini, həmçinin onların qoruduğu ən vacib obyektləri məhv etməkdir. “Polonez” və “İsgəndər”in qarşı-qarşıya savaşını təsəvvür etmək mənə çox çətindir.



Geri dön