Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib

Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib


Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Mahmud Kasımbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

"Qazaxıstan nümayəndə heyəti Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Bakıdadır. Bundan əlavə, keçən ay Astanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş qazax dilində kitab təqdim olunub. Analoji tədbir sabah Bakıda keçiriləcək. "Nursultan Nazarbayev. Bioqrafiya" kitabının təqdimatı olacaq", - M.Kasımbekov bildirib.

Qeyd edək ki, Qazaxıstan nümayəndə heyətinin tərkibinə həmçinin respublikanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları daxildir.

Geri dön