Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dövlət Məşğulluq Xidməti ilin beş ayında 35,3 min nəfər işsiz və işaxtaranın məşğulluğunu təmin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Dövlət Məşğulluq Xidməti ilin beş ayında 35,3 min nəfər işsiz və işaxtaranın məşğulluğunu təmin edib

Dövlət Məşğulluq Xidməti ilin beş ayında 35,3 min nəfər işsiz və işaxtaranın məşğulluğunu təmin edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz çox olmaqla 35,3 min nəfər işsiz və işaxtaranı münasib işlərlə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aztəminatlı ailələrin kiçik biznesini qurmaqla yoxsulluqdan çıxışına imkan verən və əmək bazarında təsirli rol oynayan özünüməşğulluq proqramının əhatə edəcəyi ailələrin sayının bu il artırılaraq 7 min nəfərə çatdırılması nəzərdə tutulur. Onlardan artıq 2,5 mindən çoxu kiçik biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kurslarına cəlb ediliblər. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları müsbət qiymətləndirilənlər özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar.

Bu ilin beş ayında Dövlət Məşğulluq Xidməti 326 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə göndərib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün son 5 ayda Xidmət tərəfindən 1,3 min nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 80 nəfər gənc peşə hazırlığına cəlb olunub. Həmin dövrdə 63,2 min gəncə peşəyönümü məsləhətləri verilib.

Dövlət Məşğulluq Xidmətinin Əmək birjaları isə qısamüddətli iş üçün müraciət edən 1,2 min nəfərin həmin işlərlə təminatını həyata keçirib.

Geri dön