Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Kəndimiz Vəqfi” Mərənd kəndlərinə yüzlərcə türkcə kitab bağışlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Kəndimiz Vəqfi” Mərənd kəndlərinə yüzlərcə türkcə kitab bağışlayıb

“Kəndimiz Vəqfi” Mərənd kəndlərinə yüzlərcə türkcə kitab bağışlayıb


Azərbaycanlı milli-mədəni fəalların səyi nəticəsində 210 cilddən çox türkcə kitab Mərənd kəndlərinə vəqf edilib.



Kitablar ötən həftə mühəndis Əlirza Fərşi və daha bir neçə fəal tərəfindən Mərənd kəndlərində paylanıb.



20 milyon rialdan çox maliyyə dəyəri olan kitablar “Kəndimiz Vəqfi” Dərnəyi tərəfindən kəndlərdə yaşayan soydaşlarımıza bağışlanıb. Kitablardan 20-i, “Kimlik” kitabının müəllifi ustad Həsən Raşididir.



Paylanılan kitablar arasında “Öz kimliyinə dönüş”, “Dilimiz, varlığımız” və “kimlik böhranı” kimi əsərlər olub. Kitabların siyahısını qiymətləri ilə birlikdə bu LİNK-dən Download edərək müşahidə etmək mümkündür.



Əlirza Fərşi İnstaqram səhifəsində mövzu ilə bağlı görüntülər yayaraq “Bitik Evi”, “Azər-türk” və “Nəbati türk” nəşriyyatları, həmçinin tədbirə maliyyə yardımı edən bütün şəxslərə öz təşəkkürünü bildirib.



Ə.Fərşi Beynəlxalq Ana Dili Günü münasibəti ilə onlayn kampaniyann yaradıcısı olub. O 3 il əvvəl Beynəlxalq Ana Dili Günündə mədəni fəaliyyətləri, o cümlədən ana dilini müdafiə etdiyinə görə saxlanılıb, sonra 15 il həbs və 2 il sürgünə məhkum edilib. Beynəlxalq Əfv Təşkilatı 2018-ci il fevralın 21-də bəyanat yayaraq Əlirza Fərşi haqqında çıxarılan həbs və sürgün qərarının ləğv edilməsini tələb edib.

Geri dön