Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib

Ərdoğan Putinə S-500 raket komplekslərinin birgə istehsalını təklif edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.
Bu barədə Türkiyə lideri "24 TV" telekanalına müsahibəsində deyib.
"Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim", - deyə Ərdoğan bildirib. Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.
"Rusiya bizə S-400 zenit-raket kompleksləri üzrə əlverişli kredit şərtləri təqdim edib. İkinci və üçüncü mərhələlərdə kollektiv istehsala başlayacağıq. Həmçinin S-500-lərin də birgə istehsalı mümkündür", - deyə Ərdoğan bildirib.

Geri dön