Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanın mərkəzində bələdiyyə məmurları səyyar satıcılara hücum edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanın mərkəzində bələdiyyə məmurları səyyar satıcılara hücum edib

Qərbi Azərbaycanın mərkəzində bələdiyyə məmurları səyyar satıcılara hücum edib


Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcıları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

Bu dəfə məmurlar Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri olan Urmiyədə işsizlikdən küçə ticarəti ilə məşğul olan səyyar satıcılara qarşı hücuma keçib, hadisə Müdərris körpüsünün altında baş verib.

Məmurlar hücuma keçdikdən sonra bir çox satıcı onlara müqavimət göstərib. Sosial şəbəkələrdə yayılan videoda göründüyü kimi, məmurlar satıcıları zorla dağıtmaq istəyərkən onlar qışqıraraq deyiblər : “Bu işdən başqa çarəmiz yoxdur, nə etməliyik? Oğurluqmu edək?!”

İki gün əvvəl isə Qərbi Azərbaycanın yerli mətbuatında son vaxtlar Urmiyədə küçə ticarəti və səyyar satıcılığın artdığı barədə xəbər yayılmışdır. Bütün bunlar şübhəsiz ki, ağır iqtisadi vəziyyət və işsizlik problemini göstərməkdədir.

Qərbi Azərbaycanın mərkəzində bələdiyyə məmurları səyyar satıcılara hücum edib
Bələdiyyə məmurlarının azərbaycanlı səyyar satıcılara qarşı hücum faktı bundan əvvəl də Urmiyə, Təbriz, Qoşaçay, Xoy, Qum və s. kimi şəhərlərdə qeydə alınıb. Bəzi hallarda satıcılar məmurlar tərəfindən ölümcül döyülərək iş yerlərindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Güney Azərbaycanda son vaxtlar səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

N.S

Geri dön