Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Ramazan bayramı münasibətiylə təbriki
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev > Fərəc Quliyevin Ramazan bayramı münasibətiylə təbriki

Fərəc Quliyevin Ramazan bayramı münasibətiylə təbriki


Fərəc Quliyev Ramazan bayramı münasibətiylə dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir:

“Əziz soydaşlar!
Bayrağımızda ifadə olunan İslamın mənəviyyatı möhkəmləndirmək və yaymaq mahiyyəti xalq düşüncəsinin və dövlət siyasətinin göstəricisidir. Öz milli, mənəvi və əxlaqi dəyərlərinə, tarixi ənənələrinə həmişə sadiq qalmış Azərbaycan xalqı müqəddəs kitabımız Qurani-Kərimin nazil edildiyi Ramazan ayını fərəh hissi ilə yaşayır və mənəvi mahiyyətini dərk edərək Ramazan bayramını qeyd edir.
Əziz soydaşlar!
Sizi şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından İslamın bu mübarək Ramazan bayramı münasibətilə təbrik edirəm. Tanrıdan tutulan orucların, qılınan namazların və edilən duaların qəbul olunmasını diləyir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Uca yaradan xalqımıza firavanlıq, Vətənimizə bütövlük, dövlətimizə qüdrətli olmağı nəsib etsin, bu yolda apardığımız mübarizədə bizə yar və yardımçı olsun!
Amin!”

Geri dön