Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Çempionatı-2018: Kolumbiya və Yaponiya 1/8 finalda
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Dünya Çempionatı-2018: Kolumbiya və Yaponiya 1/8 finalda

Dünya Çempionatı-2018: Kolumbiya və Yaponiya 1/8 finalda


Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. “H” qrupunda Kolumbiya-Seneqalı, Polşa-Yaponiya oyunları baş tutub.

Qarşılıqlı hücumlar şəraitində keçirilən görüşün sonunda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib. Belə ki, Polşanın yeganə qolunu 60-cı dəqiqədə Bednarek, Kolumbiyanın qolunu isə 74-cü dəqiqədə Yerri Mina vurub.



Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi 4 xala malik olsa da, Yaponiya əlavə göstəricilərə görə növbəti mərhələyə vəsiqə qazanıb.


Geri dön