Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Kreativ gənclik: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirələr keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Kreativ gənclik: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirələr keçirilib

“Kreativ gənclik: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirələr keçirilib


Bakıda “Kreativ gənclik: Gələcək bu gün yaranır” mövzusunda milli müzakirələr keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi (SAM) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, dövlət gənclərin fəal olmasını istəyir:

“Biz istərdik ki, bu müzakirələr cəmiyyətdə geniş yayılsın, gənclərin gündəlik müzakirə mövzusuna çevrilsin. Dövlət gənclərin fəal, kreativ və bir çox istiqamətlərdə peşəkar olmasını istəyir”.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla öz çıxışında “XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində” məqaləsi haqqında danışıb.

“Təsadüfi deyil ki, bu əsərin baxış bucağı XXI əsrə tuşlanıb. Ancaq belə hesab edirəm ki, biz bunun nəfəsini hələ növbəti əsrlərdə də hiss edəcəyik.

Çünki bu ideoloji konstitusiyada ulu öndər Heydər Əliyevin Azərbaycan naminə etdiyi, gördüyü işlər bu gün onların bir ənənə kimi davam etdirilməsi, o cümlədən ölkə prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyəti çox ciddi, analitik təhlilə cəlb olunub”.

Yazıçı Çingiz Abdullayev vurğulayıb ki, kreativlik 21-ci əsrdə pullu olmaq deyil.

“Hər şey bizim özümüzdən asılıdır. Bugünkü dövrdə hər şey gənclərdən və onların təhsilindən asılıdır. Dünyada ən uğurlu, ən kreativ insanlar yaradıcı adamlardır.

Yaradıcılıq təkcə rəssamlıq və yaxud yazıçılıqla məşğul olmaq deyil. Yaradıcı insan odur ki, nə isə fikirləşib yenidən yaratsın. Əgər biz inkişaf etmək istəyiriksə, bizim peşəkar tərcüməçilərimiz, alimlərimz olmalıdır. İnkişaf etməyin yolu yalnız təhsildədir”.

Azərbaycan İntellektual Klublar Assosiasiyası İctimai Birliyinin sədri Balaş Qasımov bildirib ki, ölkəmizin kreativ gənclərə ehtiyacı var.

“Kreativlik insanların stereotip təfəkkürdən imtina etməsi deməkdir. Azərbaycanın kreativ gənclərə ehtiyacı var. Cəmiyyətin vəzifəsi kreativ gəncləri üzə çıxarıb onlara dəstək olmaqdır”.

Tədbirin ikinci panelində Mərkəzi Bankın baş direktoru Emin Hüseynov iqtisadi inkişafla bağlı məruzə ilə çıxış edib.

Tanınmış aparıcı Murad Dadaşov öz çıxışında bildirib ki, artıq vətəni ürəklə yox, ağılla sevməyin vaxtıdır.

Nərmin Əhmədli

Geri dön