Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın taekvondo üzrə milli komandalarına yeni məşqçilər təyin olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanın taekvondo üzrə milli komandalarına yeni məşqçilər təyin olunub

Azərbaycanın taekvondo üzrə milli komandalarına yeni məşqçilər təyin olunub


Azərbaycan Taekvondo Federasiyasında yeni məşqçi təyinatları olub.

Federasiyadan bildiriblər ki, Ələkbər İmaməliyev 21 yaşadək kişi taekvondoçuların, Gündüz Abdullayev isə qadınlardan ibarət 21 yaşlı taekvondoçuların məşqçisi təyin edilib.

Avropa çempionu, Əməkdar idman ustası İlkin Şahbazov isə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandanın məşqçisi olub.

Qeyd edək ki, əvvəllər Ələkbər İmaməliyev Azərbaycanın əsas yığmasının, Gündüz Abdullayev isə gənclərdən ibarət millisinin baş məşqçisi vəzifəsini yerinə yetirib.

Geri dön