Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Bu gün Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
Bu gün Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq |
Bu gün Belçika paytaxtı Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə ediləcək. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Qeyd edək ki, Brüssel görüşü Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarqsyanın bu il aprelin 23-də hakimiyyətdən getməsindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşüdür. İki ölkənin xarici işlər naziri sonuncu dəfə bu ilin yanvarın 18-də Polşanın Krakov şəhərində danışıqlar aparıb. Geri dön |