Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sarkozinin bədnam erməni qanunu puç oldu.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Sarkozinin bədnam erməni qanunu puç oldu.

Sarkozinin bədnam erməni qanunu puç oldu.


Xarici işlər naziri deyib ki,o qanun yenidən parlamentə təqdim olunsa eyni aqibətlə üzləşəcək

Rəsmi Paris qondarma “Erməni soyqırımını” inkar edənlərə cəza məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsi barədə düşünmür.

Bu barədə Fransanın xarici işlər naziri Louren Fabius məlumat verib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluyla görüşdən sonra açıqlama verən Loren Fabius Sarkozinin dövründə parlamentə təqdim edilən qanun layihəsini xatırladıb. Həmin dövrdə qondarma “Erməni soyqırımını” inkar edənlərə cəza məsuliyyətini nəzərdə tutan qanun layihəsi konstitusiya qurumu tərəfindən konstitusiyaya zidd hesab edilərək, ləğv edilmişdi. Nazir bildirib ki, əgər belə bir qanun layihəsi yenidən parlamentin müzakirəsinə təqdim olunarsa, eyni aqibətlə üzləşəcək.

Fransalı nazir Türkiyə və Ermənistanı bir-biri ilə yaxınlaşdıracaq istənilən növ təşəbbüsü dəstəklədiklərini deyib.

Geri dön