Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada Azərbaycanın diaspor təşkilatları birləşdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Diaspor > Ukraynada Azərbaycanın diaspor təşkilatları birləşdi

Ukraynada Azərbaycanın diaspor təşkilatları birləşdi


Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrup yaradılıb.

Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.

Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.

Emil Hüseynli

Geri dön