Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağıstanda 2 polis öldürüldü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Dərbənd > Dağıstanda 2 polis öldürüldü

Dağıstanda 2 polis öldürüldü


Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 2 polis öldürülüb.

Hadisə Kizlyurt rayonunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya çatdırılıb.

Hücum edən cinayətkarların sayı məlum deyil. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.

Geri dön