Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək


Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

İlk oyun günündə üç qarşılaşma keçiriləcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkəcək.

İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla üstələyən Xorvatiyanın “Dinamo” klubu möcüzə baş verməsə, növbəti mərhələyə vəsiqə qazanacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Günün saat 22:30 da başlayacaq son oyununda isə Slovakiyanın “Spartak” ilə Polşanın “Legiya” komandaları üz-üzə gələcək.

Qeyd edək ki, ilk matçda səfərdə Albaniyanın “Kukesi” klubu ilə qolsuz heç-heçə edən Ağdamın “Qarabağ” klubu II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Geri dön