Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb

Venesuela Prezidentinə sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb


Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin sayı 25-ə çatıb.

RİA Novosti agentliyi xəbər verir ki, Venesuelanın daxili işlər naziri Nestor Reverol öz “Twitter” səhifəsində şübhəli bilinən şəxslərdən 8-nin saxlanıldığını yazıb.

Bundan əvvəl hökumət orqanları sui-qəsddə 19 nəfərin şübhəli olduğunu bildirib.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodrigesin sözlərinə görə, Nikolas Maduroya sui-qəsd zamanı yeddi qvardiyaçı yaralanıb. Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi bu hadisəyə bağlılığı təkzib edib. Venesuela ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.

Geri dön